23 
Avq
2017
09:30
39
11
1731
Virtual karabakh

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan edildi

23 Avq, 2017
09:30
1731

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

Oxu.Az xəbər verir ki, DİM-dən APA-ya verilən məlumata görə, elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunub.

Jurnalın xüsusi buraxılışında, həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri