23 
Avq
2017
12:28
51
177
8048
Virtual karabakh

İstilər geri qayıdır – 41 dərəcə

23 Avq, 2017
12:28
8048

İstilər geri qayıdır – 41 dərəcə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 24-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  22-25° isti, gündüz  32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  45-55 % olacaq.  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  20-25°, gündüz  36-41° isti, dağlarda gecə 14-19°, gündüz  25-30° isti olacağı gözlənilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri