23 
Avq
2017
13:03
38
137
3252
Virtual karabakh

“Azərişığ”ın avtomobilini yandıran şəxs tutuldu

23 Avq, 2017
13:03
3252

“Azərişığ”ın avtomobilini yandıran şəxs tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran sakini Regional Elektrik Şəbəkəsinin (REŞ) nəzarətçi mühəndisinə stəkan atıb, şəbəkəyə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıb.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran REŞ-in nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan, REŞ-ə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək qismən yandırıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Məmmədov saxlanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri