23 
Avq
2017
18:30
50
73
1906
Virtual karabakh

FHN-nin qüvvələri Gürcüstanda -Yanğınsöndürmə əməliyyatları davam etdirilir

23 Avq, 2017
18:30
1906

FHN-nin qüvvələri Gürcüstanda -Yanğınsöndürmə əməliyyatları davam etdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də qonşu ölkəyə ezam olunmuş əməkdaşları yanğınsöndürmə işlərini davam etdirir.
 
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyin canlı qüvvə və texnikası Gürcüstan hökuməti tərəfindən onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarının söndürülməsi işlərini həyata keçirir.
 
Bundan əlavə, FHN hadisə rayonuna ezam edilmiş xilasetmə dəstəsinin operativ və səmərələi fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsindən ötrü səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlar qurub, səyyar mətbəx quraşdırıb.
 
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.  

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri