14 
Sen
2017
10:00
50
32
4887
Virtual karabakh

Anadolu Sağlamlıq Mərkəzi – Hematologiyada yeni nailiyyətlər – FOTO

14 Sen, 2017
10:00
4887

Anadolu Sağlamlıq Mərkəzi – Hematologiyada yeni nailiyyətlər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya standartlarına uyğun tibbi xidmət göstərən Türkiyənin Anadolu Sağlamlıq Mərkəzinin (Anadolu Sağlık Merkezi- ASM) həkimi, hematoloji onkoloq, professor Zafer Gülbaşın Bakıda, Mərkəzi Klinikada tibb və media nümayəndələri ilə görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə “Hematologiyada yeni nailiyyətlər. Sümük iliyinin transplantasiyası” mövzusunda söhbətlər aparılıb. 

Bildirilib ki, 2010-ci ilin iyun ayından xəstəxana nəzdində xidmət göstərməyə başlayan Sümük İliyi Transplantasiya Mərkəzində eyni anda 22 xəstəyə sümük iliyi nəqli reallaşdırmaq mümkündür.

Sümük İliyi Transplantasiya Mərkəzi autogen-autoloji və allogen transplantasiya təklif edərək,  bu kimi xəstəliklər və terapiyalarda ixtisaslaşmış səhiyyə mütəxəssisləri tərəfindən xəstələr üçün yüksək keyfiyyətli tibbi xidməti təmin edir.

Qeyd olunub ki, Anadolu Sağlamlıq Mərkəzi dünyanın aparıcı səhiyyə təşkilatlarından biri olan “John Hopkins Medicine” ilə əməkdaşlıq edir. Burada Onkologiya, Kardiologiya, Kardiovaskulyar (ürək-damar) cərrahiyyə, Nevrologiya, Neyrocərrahiyyə, Ortopediya, Qadın sağlamlığı, Hematologiya və digər şöbələr fəaliyyət göstərir.

Bildirilib ki, Anadolu Sağlamlıq Mərkəzinin Hematologiya şöbəsində son zamanlar geniş yayılan qan xəstəliklərinin diaqnozu və müalicəsi üçün yüksək keyfiyyətli xidmət göstərilir. Şöbədə anemiya, qanaxma və damar xəstəlikləri, limfa düyününün böyüməsi, limfoma, myeloma kimi xəstəliklər müalicə olunur.

Anadolu Sağlamlıq Mərkəzində ümumilikdə 1074 əməkdaş, 120 həkim, 230 tibb bacısı çalışır. Mərkəzdə 209 yataq vardır.

Kampusda həmçinin 41 otaqlı “Boutique Hotel” yerləşir.

ASM-də tam iş günü ərzində çoxdilli - rumın, bolqar, rus, kazak, ərəb, fars, ingilis, alman, fransız dillərində danışan 20 xidmət koordinatoru, xidmət və müalicə müddətində xəstələrə müsbət təsir göstərən təbii mühit - yaşıl ağaclar və süni göl vardır.

ASM-nin digər üstünlükləri ondan ibarətdir ki, burada bütün yaş həddinə malik xəstələr üçün kompleks müalicə xidmətləri, beynəlxalq təcrübəyə malik  professional həkimlər, dəqiq diaqnoz üçün müasir tibbi texnologiyalar və qabaqcıl müalicə üsulları,  kompleks xidmətlərin bir binada yerləşməsi rahatlığı, müalicənin hər mərhələsində humanist yanaşma mövcuddur.

Həmçinin beynəlxalq xəstələr üçün  xidmətlər - ödənişsiz tibbi ikinci ( təkrar) rəy, maliyyə dəyərinin qiymətləndirilməsi, ödənişsiz tərcüməçi xidmətləri, 24/7 yardım və koordinator, kampus hotelində rezervasiya və yerləşdirmə, səyahət - viza yardımı, ödənişsiz  transfer həyata keçirilir.

“Anadolu Sağlık Merkezi Hastanesi”

Ünvan: Türkiyə, Anadolu, Cumhuriyet mahallesi 2255 Sokak No.3

Gebze 41400 Kocaeli

Telefon: +90 262 678 54 73

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Günay Fərzəliyeva:

+90 530 510 01 30

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Svetlana İşıklı:

+90 530 977  67 24

İnternet saytı: www.anadolusaglik.org

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri