12 
Sen
2017
18:35
19
371
7355
Virtual karabakh

Şeyxin qudası: Əliabbas şöbə müdiridir, çox təmiz oğlandır

12 Sen, 2017
18:35
7355

Şeyxin qudası: Əliabbas şöbə müdiridir, çox təmiz oğlandır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir oğlum var, o da Əliabbas Salahzadədir. Onun da 4 övladı var. Hazırda Sabunçu rayon İcra Hakimiyyətində şöbə müdiri işləyir, çox təmiz oğlandır. Şikayətçi mənim oğlumla başqasını səhv salır. Mənim oğlum adam döyə bilməz”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə oğlunun “Azərsu” əməkdaşının çənəsini sındırması barədə səsləndirilən ittihamlara cavabında bildirib. 

Qalib Salahzadə deyib ki, oğluna iftira atılır:

“Mənim oğlum adam döyə bilməz. Mən oğluma elə tərbiyə verməmişəm ki, kimisə döysün. Bütün bunların hamısı yalandır, böhtandır. Görünür, kimlərsə bizə şər atmağa çalışır. Kimlərsə bu cür xəbərlərin yayılmasında maraqlıdır. Mənə maraqlıdır ki, bizə qarşı bu xür xəbərləri kim yayır, təşkil edir? Mən bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət edəcəm, məsələni araşdıracam”.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri