12 
Sen
2017
21:35
28
308
3254
Virtual karabakh

Mingəçevirdə kranlardan palçıqlı su gəlir – VİDEO

12 Sen, 2017
21:35
3254

Mingəçevirdə kranlardan palçıqlı su gəlir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevirdə 5 yüzdən artıq ailənin yaşadığı şəhərciyə verilən su içmək üçün yararsızdır. Sakinlər bu suyun içməli yox, texniki su olduğunu iddia edirlər.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, evlərə gələn su həm rənginə, həm də dadına görə içməli sudan fərqlənir. 

Ağdamdan məcburi köçkün olan sakinlər suyu süzdükdən sonra içə bildiklərini deyir.

10 ədəd doqquzmərtəbəli binanın yerləşdiyi şəhərciyə içməli su anbara toplanaraq nasoslar vasitəsilə verilir. 5 il öncə istifadəyə verilən şəhərciyin sakinləri bildirirlər ki, bu su içmək üçün yox, suvarma üçün yararlıdır. Çirklənməyə əsas səbəb kimi isə anbarın təmizlənməməsini göstərirlər.

Məsələ ilə bağlı "Azərsu" Açıq Səhimdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, qurum 2011-ci ildən Mingəçevir şəhərinin dövlət hesabına su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlayıb və bu məqsədlə yeni su şəbəkəsi tikilərək istifadəyə verilib . Ancaq buna baxmayaraq, şəhərin bir hissəsi, həmçinin məcburi köçkünlərin yaşadığı bu qəsəbədə köhnə mənbədən su alındığı üçün bu vəziyyət yaranıb. Ancaq buna baxmayaraq, prezidentin sərəncamına əsasən, artıq problemin qarşısını almaq üçün işlərə başlanılıb.

Bütün işlərin isə bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri