14 
Sen
2017
10:25
27
95
3650
Virtual karabakh

Milli Məclisdə Yazıçılar Birliyi ilə bağlı məsələ qaldırılacaq

14 Sen, 2017
10:25
3650

Milli Məclisdə Yazıçılar Birliyi ilə bağlı məsələ qaldırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Yazıçılar Birliyinin binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş kafe məsələsi artıq bir neçə gündür ki, ictimaiyyətin diqqətindədir. Müxtəlif fikirlər səsləndirilir, görünən isə odur ki, uduzan ümumən cəmiyyətimizdir”.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Milli Məclisin payız sessiyasında büdcə müzakirəsi zamanı  Azərbaycan Yazıçılar Birliyinə (AYB) əlavə vəsaitin ayrılması məsələsini qaldıracaq. 

"Büdcə müzakirəsində təklif edəcəm ki, AYB-nin illik büdcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın. Bunu etmək dövlətimizin gücündədir. Qoy Yazıçılar Birliyi üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsin, tribunalardan sözümüzü daha inamla desin. Tarix sübut edir ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır.

Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa bir təşkilat, məsələn, SOCAR müasir səviyyədə təmir edib, uşaq ədəbiyyatı mərkəzinə çevrilməsinə kömək edə bilər. Dəyərli yazıçılarımız isə onlara xas olmayan işdən azad olub, bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər".

Qeyd edək ki, sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" (keçmiş "26 Bakı komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26" - "Twenty six" adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.

H.Abutalıbov jurnalistlərə açıqlamasında deyib: "Ermənilər və burada yaşayan erməni havadarları, anaları, dayıları, babaları erməni olanlar nə qədər azğınlaşıblar ki, azərbaycanlıların soyqırımını təşkil etmiş adamların adına kafe açırlar. Bu məkanı onlara icarəyə verənlər başa düşsünlər ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə, erməni qatillərinə, soyqırımı təşkil edənlərə Azərbaycanda yer yoxdur. Obyekt bağlanacaq, onları müdafiə edənlər, ərazini icarəyə verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar".

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri