18 
Sen
2017
16:09
55
110
12120
Virtual karabakh

Rəhbərlik qiymət verir - Hacı Qalibin oğlunun həbs qərarını verən MÜSTƏNTİQ

18 Sen, 2017
16:09
12120

Rəhbərlik qiymət verir - Hacı Qalibin oğlunun həbs qərarını verən MÜSTƏNTİQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs olunub. Q.Salahzadə oğlunun sentyabrın 13-də, gecə saatlarında Nəsimi rayon Prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunduğunu iddia edib.

Oxu.Az unikal.org-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlamasında Nəsimi rayon Prokurorluğunun müstəntiqi Anar Abıyev provakasiya xarakterli sual verməməyi tövsiyə edib.

A.Abıyev bildirib ki, müstəntiq kimi onun gördüyü işlərə rəhbərlik qiymət verir: "Mənim gördüyüm işlərə rəhbərlik qiymət verir. Məni başqa heç nə maraqlandırmır. Xahiş edirəm, bu məsələ ilə bağlı məni narahat etməyin”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri