19 
Sen
2017
15:24
208
16
3525
Virtual karabakh

Müdafiə naziri ön cəbhədə – FOTO

19 Sen, 2017
15:24
3525

Müdafiə naziri ön cəbhədə – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənova mövcud vəziyyət barədə məruzə edilib. Dövlət sərhədinin etibarlı müdafiəsinin, dayanıqlılığının düzgün təşkil olunmasını yoxlayan nazir şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib. Z. Həsənov dövlət sərhədi istiqamətində üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub. Müdafiə naziri müdafiə xəttinin gücləndirilməsi və bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edildikdən sonra birgə nahar təşkil edilib.

Sonra qoşunların qarşıdurma xəttinə yaxın ərazidə yerləşən kəndlərə gələn Müdafiə Nazirliyinin rəhbərliyi yerli sakinlərlə görüşüb, onların qayğıları, problemləri və təhlükəsizlik məsələləri ilə maraqlanıb. Kənd sakinləri ordu ilə birlikdə istənilən tapşırığın yerinə yetirilməsinə daim hazır olduqlarını bildirərək, hərbi qulluqçuların yüksək nizam-intizamından və dövlət sərhədinin etibarlı müdafiəsindən razılıq ediblər, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri