Rafael Hüseynov Leninin, Stalinin heykəllərinin dağıdılmasına etiraz edib
Rafael Hüseynov Leninin, Stalinin heykəllərinin dağıdılmasına etiraz edib
Milli Məclisin (MM) komitə sədri Azərbaycanda SSRİ dövrünün heykəllərinin uçurulub-məhv edilməsinə etiraz edib.
Oxu.Az APA-ya istinadən məlumat verir ki, MM-in Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Rafael Hüseynov bildirib ki, keçmiş SSRİ liderlərinin heykəllərini yığıb bir yerdə saxlamaq lazım idi.
“Mən o vaxt da təklif etdim, amma eşidən olmadı. Onlar bizim tarixdir. Qəmli də olsa, tariximizdir. “26 Bakı komissarı”nın, XI Qızıl Ordunun şərəfinə ucaldılmış və digər abidələr heç olmasa yığılıb bir yerdə saxlanmalı idi. Yeni nəsilləri həmin heykəllərlə tanış etməli idik. Məsələn, XI Qızıl Ordunun, əslində, xilaskar olmadığını həmin heykəl əsasında anlatmalı idik. Həmin abidələri saxlamaqla gələcək nəslə məlumatları çatdırmaq daha asan olardı. Təəssüf ki, heykəllər məhv edildi”, - deyə o bildirib.
E.Ə.
www.oxu.az