19 
Sen
2017
15:36
39
140
4488
Virtual karabakh

Deputat stüardessalara güzəştlər tətbiq olunmasını təklif etdi

19 Sen, 2017
15:36
4488

Deputat stüardessalara güzəştlər tətbiq olunmasını təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin deputatı stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsini təklif edib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsinə ehtiyac var.

Millət vəkili qeyd edib ki, stüardessalar gərgin rejimdə işləyirlər, fiziki yorğunluqları çox olur və dövlət onların qayğısına qalmalıdır: “Ona görə də xahiş edirəm, onların tez pensiyaya çıxmasını, eyni zamanda, bir sıra sosial güzəştlərin tətbiq edilməsini özündə ehtiva edən dəyişikliklər edək. Bu, çox vacibdir”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri