19 
Sen
2017
16:50
161
35
3390
Virtual karabakh

Deputat bit problemindən danışdı: Bu, biabırçılıqdır

19 Sen, 2017
16:50
3390

Deputat bit problemindən danışdı: Bu, biabırçılıqdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda bit probleminin yaranması ilə bağlı mənə çoxsaylı zəng olur”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Araz Əlizadə bildirib.

Millət vəkili bu şikayətləri araşdırdığını qeyd edib: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəng etdim, bildirdilər ki, əvvəllər onlar müqavilələr əsasında zirzəmiləri, zibil yeşiklərini dərmanlayıblar. Amma indi müqavilə yoxdur. Səhiyyə Nazirliyindən də dedilər ki, onlarla kimsə müqavilə bağlamayıb. Mənzil Kommunal İdarəsinə də getdim. Oradan da dedilər ki, İcra Hakimiyyəti bunun üçün pul ayırmayıb. Həmin İcra Hakimiyyətinin adını çəkmək istəmirəm, amma ora da getdim . Dedilər ki, bunun üçün İcra Hakimiyyəti başçısının adına ərizə yazmalıyam, qəbula düşməliyəm. Adamı yorurlar, bu, biabırçılıqdır”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri