20 
Sen
2017
13:30
16
134
3410
Virtual karabakh

640 yerlik məktəbdə 2670 şagird oxuyur

20 Sen, 2017
13:30
3410

640 yerlik məktəbdə 2670 şagird oxuyur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin bəzi orta məktəblərində siniflərdə uşaqların sıxlığı müvafiq normadan artıqdır. 

Oxu.Az xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna verilən cavaba görə, bu, paytaxtın bir sıra ərazilərində müşahidə olunan əhali artımı ilə bağlıdır. Ümumilikdə Bakı şəhərində bütün siniflər üzrə ən çox sıxlıq 182, 179, 274, 149, 218, 255, 313, 314, 322 nömrəli tam orta məktəblərdədir.

Məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzindən çox, Bakıətrafı qəsəbələrdə özünü daha artıq göstərir. Qeyd edək ki, şagird sıxlığı əsasən Binəqədi, Sabunçu və Xəzər rayonlarında yeni salınmış yaşayış ərazilərində yerləşən məktəblərdə müşahidə olunur.

Ən az şagirdi olan məktəblər isə 224 və 122 nömrəli tam orta məktəblərdir.

Şagird sıxlığına görə paytaxt üzrə 2 məktəbdə növbəlilik yaranıb. Bakı şəhəri 179 nömrəli tam orta məktəb 640 şagird yerlikdir. Hazırda məktəbdə 2670 nəfər şagird təhsil alır. Məktəb rəsmi iki növbədə fəaliyyət göstərir. Lakin sıxlığın tənzimlənməsi üçün iki aralıq növbə yaradılıb. Dərslər I növbə saat 8.00-13.00-dək, aralıq növbə: 11.20- 14.50 və 14.50-18.05;  II növbə 13.10—18.05-dək keçirilir.

Bakının 314 nömrəli məktəbi 800 şagird yerlik olmasına baxmayaraq, 300 yeri qaçqın məktəbi üçün ayrılıb. Hazırda məktəbdə 1716 nəfər şagird təhsil alır. Məktəb rəsmi iki növbədə fəaliyyət göstərir. Lakin sıxlığın tənzimlənməsi üçün bir aralıq növbə yaradılıb. Dərslər I növbə saat 8. 00-13. 00-dək,  aralıq növbə: 11. 25- 14.40;  II növbə 13. 10—18. 05-dək keçirilir.

Şagird sıxlığı ilə bağlı gərginlik müşahidə olunan təhsil müəssisələrinin siyahısı hazırlanıb. Məktəblərdə sıxlığın aradan qaldırılması üçün müəyyən işlər həyata keçirilir. Şagird sıxlığı ilə bağlı yaranan problemi həll etmək üçün nəzərdə tutulmuş əlavə tədris korpusu və yeni məktəb binalarının tikintisinin həyata keçirilməsi zəruri olan müəssisələr barədə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılması və şəhərin bir sıra ümumi təhsil müəssisələrində yerləşdirilmiş məcburi köçkün məktəblərinin həmin binalaradan köçürülməsi istiqamətində təkliflər irəli sürülüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri