20 
Sen
2017
13:32
30
61
7850
Virtual karabakh

Bakı Məktəb Lisey Kompleksinin direktoru işdən çıxarılıb?

20 Sen, 2017
13:32
7850

Bakı Məktəb Lisey Kompleksinin direktoru işdən çıxarılıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktorunun işdən çıxarıldığı barədə məlumatlar yayılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, məlumatlarda bununla bağlı valideynlərin etiraz aksiyası keçirəcəyi bildirilib.
 
Valideynlər məktəb lisey kompleksinin direktoru Qafar Hüseynov vəzifəsinə bərpa olunmasa, övladlarını məktəbə qoymayacaqlarını qeyd ediblər.
 
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: "Sadəcə, Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri