20 
Sen
2017
16:36
127
46
2897
Virtual karabakh

Yollarda təhlükəsizlik tədbirləri gücləndirildi

20 Sen, 2017
16:36
2897

Yollarda təhlükəsizlik tədbirləri gücləndirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, yollarda  təhlükəsizlik tədbirləri gücləndirilib. 

DYP-nin mətbuat xidmətindən Oxu.Az-a daxil olan xəbərdə bildirilir ki, artıq bütün məktəblərin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb, məktəblərin yaxınlığına naryadlar təhkim olunub. 

Məqsəd dərs ilinin başlaması ilə əlaqədar yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir: “Son illərin təcrübəsi göstərir ki, bəzi valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır. Xüsusilə, bəzi valideynlər övladlarını birinci sinifə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrəbanın avtomobili də müşayiət edir və əksər halda  dayanma-durma qaydalarını pozurlar”.  

Vəziyyəti nəzərə alan yol polisi tədris müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda təhlükəsizlik tədbirlərini gücləndirib. DYP sürücülərin nəzərinə çatdırır ki, məktəblər ətrafında süni sıxlığın, tıxacın yaranmaması, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda, təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün avtomobil sahibləri qanunun tələblərinə əməl etsinlər. 

Əsasən avtomobillərin yolun ikinci hərəkət hissəsində saxlanmaması, dayanma-durma tələblərinin pozulmaması, ümumiyyətlə, parklanmaya düzgün əməl edilməsi vacib şərtdir və hər bir sürücüdən qaydalara əməl etmək tələb olunur. “Unutmaq olmaz ki, avtomobili olmayanların, ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin övladlarının da təhsil almaq hüququ vardır və onların da məktəbə getmələrində ləngimə olmamalıdır”.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığına da başlanılıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri