20 
Sen
2017
17:28
16
192
2135
Virtual karabakh

Lənkəranda yanğın zamanı xəsarət alan ev sahibi xəstəxanada öldü

20 Sen, 2017
17:28
2135

Lənkəranda yanğın zamanı xəsarət alan ev sahibi xəstəxanada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda evdə baş verən yanğın zamanı yanıq xəsarətləri alan ev sahibi xəstəxanada ölüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün baş verən yanğın zamanı ağır yanıq xəsarətləri alan Xanlıqlı kənd sakini, 1965-ci il təvəllüdlü  Gülməmməd Eyvazov Lənkəran rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Bəzi məlumatlara görə, G. Eyvazov özünü yandırıb və bu zaman alov evə yayılıb.

Qeyd edək ki, hadisə bu gün baş verib. Yanğın Lənkəranın Xanlıqlı kəndində,  kənd sakini, 1965-ci il təvəllüdlü  Gülməmməd Eyvazova məxsus evdə qeydə alınıb. Məlumata görə, yanğını  söndürməyə cəhd edən G.Eyvazov ağır yanıq xəsarəti alaraq, Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona ilkin yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri