20 
Sen
2017
18:20
14
181
3074
Virtual karabakh

Hökməlidə sürüşmə sahəsində aktivlik müşahidə edilir – FOTO

20 Sen, 2017
18:20
3074

Hökməlidə sürüşmə sahəsində aktivlik müşahidə edilir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hökməlidə sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

Dəstə rəisinin sözlərinə görə, Hökməlidə yamacın kəsilməsi sürüşmə - çökmə prosesinin başlamasına təkan verib: “Yaxınlıqdakı Hökməli vulkanının yüz illər boyu püskürməsi, texnogen suların, atmosfer çöküntülərinin təsirindən vulkan külləri axıcı hala gəlib. Yamacın kəsilməsi ilə isə onun dayanıqlığı itib və sürüşmə - çökmə prosesi baş verib”.

R. Həsənov qeyd edib ki, Hökməlidə yol boyunca da çatlar əmələ gəlib: “Ərazidə qırılma qaşının hündürlüyü 60-80 sm-ə çatır. Bəzi yerlərdə isə çatların eni 50 sm-dir”.

Qeyd edək ki, ətrafda qəzalı vəziyyətə düşən evlər var.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri