21 
Sen
2017
12:28
159
17
8547
Virtual karabakh

Bəzi yerlərdə yağış yağacaq

21 Sen, 2017
12:28
8547

Bəzi yerlərdə yağış yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  18-22° isti, gündüz  29-34° isti, Bakıda gecə  20-22°, gündüz  31-33° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  15-20°, gündüz  30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri