21 
Sen
2017
13:53
220
26
4803
Virtual karabakh

Azərbaycan İŞİD-dən xilas edilən uşaqları gətirmək üçün işə başladı

21 Sen, 2017
13:53
4803

Azərbaycan İŞİD-dən xilas edilən uşaqları gətirmək üçün işə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Valideynləri İŞİD-ə qatılan uşaqların Azərbaycana gətirilməsi üçün işlərə başlanılıb.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, artıq bir sıra dövlət qurumları 2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdullanın Bağdaddakı sığınacaqdan Bakıya gətirmək üçün danışıqlar aparır. 

Qeyd edilir ki, uşaqların qohumları tapılmayıb. Bu istiqamətində işlər gedir, araşdırma aparılır. Yaxın günlərdə səlahiyyətli qurumlar bu barədə rəsmi açıqlama verəcəklər. 

Xatırladaq ki, adıçəkilən körpələr İraqın Təlafər şəhərindən xilas edilərək, Bağdada gətiriliblər. Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər. 

Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq, atası və anasının Mosulda öldüyünü deyib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri