21 
Sen
2017
16:02
22
108
7384
Virtual karabakh

Akif Əli xaricə niyə getdi?

21 Sen, 2017
16:02
7384

Akif Əli xaricə niyə getdi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin gah xəstələnərək, işə çıxmadığı, gah xaricə müalicəyə getdiyi, gah da vəzifəsindən azad edildiyi barədə söz-söhbətlər var.

Oxu.Az-ın Modern.az-a istinadla məlumatına görə, Akif Əlinin son günlər telefonlarını qapatması, özünün "Facebook" profilini bağlaması belə söz-söhbətlərə səbəb olub. Onun işdən çıxarıldığını iddia edənlər səbəb kimi Akif Əlinin bir neçə gün öncə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikri əsas gətirirlər.

Qeyd edək ki, Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsinə görə ciddi qınağa tuş gələn Akif Əli sonradan üzr istəsə də, o, sosial şəbəkədə təhqir dolu şərhlərə tuş gəldi.  Bundan sonra "Facebook"dakı aktivliyini sonlandıran hökumət sözçüsü ardınca profilini də bağladı.

Modern.az saytı söz-söhbətə son qoymaq üçün öncə baş nazirin müavini, bir neçə gün öncə Akif Əli haqqında hədə dolu açıqlama verən Abid Şərifovla əlaqə saxlayıb.

Lakin A.Şərifov “mən belə məsələlərlə məşğul deyiləm” söyləməklə, A.Əli haqqında danışmaqdan imtina edib.

Akif Əlinin yaxın qohumu - qaynı, Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, hər kəsin səhhətində problem yarana və bununla əlaqədar xaricə müalicəyə gedə bilər. Akif müəllim də həmçinin: “Təxminən 17 il bundan əvvəl Akif Əli çox ağır əməliyyat keçirmişdi. Hətta ölüm-qalım ayağında idi. O, sonralar bir neçə dəfə də  əməliyyat olundu. Akif Əli Azərbaycanın görkəmli yazıçısı, elmlər doktorudur. O, mühüm dövlət postunda çalışır. Hazırda Akif Əlinin səhhəti normaldır. Sadəcə olaraq, müayinə olunmaq üçün xaricə gedib”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri