21 
Sen
2017
16:13
50
219
11605
Virtual karabakh

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

21 Sen, 2017
16:13
11605

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhəri 5 saylı orta məktəbin ibtidai sinif (birinci sinif) müəllimi Mətanət Cəbrayılova Ölkə.Az-ın suallarını cavablandırıb.

Oxu.Az xatırladır ki, bu gün 1 b sinfinin şagirdi Ayan İsgəndərlinin valideyni Nərmin İsgəndərli M.Cəbrayılovanın uşaqları döyməsi, fondpulu yığması və digər iddialarla sayta müraciət etmişdi. 

- Mətanət xanım, yəqin ki, haqqınızda irəli sürülən iddialarla tanışsınız...

- Otuz ilin müəllimiyəm. Otuz ildə uşaqlara zəhmətimi, hətta canımı vermişəm. Bunu bütün məktəb kollektivi bilir. İndi belə şikayət edirlər. Təzə gələn valideynlər kurikulium sistemini qəbul edə bilmirlər.  

- Siz uşaqları vurursunuzmu?

- Yox, indiki uşaqları bilmirsiniz?! Bir az səsimi qaldıran kimi evdə deyirlər. Özü də təzə gəliblər. Mən onları heç vuraram?

- Bir müddət sonra döyürsünüzmü uşaqları?

- Yox, Allah eləməsin. Mən elə vuran müəllim deyiləm. Özümün də övladım var. Niyə uşaqları vurmalıyam? Biz əzizləyirik, oxutdururuq.

- Valideynlər bildirirlər ki, onlarda görüntü var...

- Oooy, sən fikir ver ha. İnanın ki, məndə elə şey olmayıb. Vallah, olmayıb. And içməyi sevmirəm. Mən heç təzə gələn uşağı vuraram? Əgər mən deyən şeyləri oxuyub-yazırlarsa, niyə vurum?

- Siz deyənləri oxuyub-yazmasalar, vurarsınız? Çox qəribə danışırsınız...

- O nə sözdür? Uşağı vurarlar?

- Valideynlər deyir ki, saç bandlarını siz satırsınız...

- O könüllü elə olub.

- Necə olub?

- Valideynlər təşkil ediblər ki, belə band olsun. Mən də demişəm ki, olsun. 

- Bəs bandı valideynlərə kim satıb?

- Banddır, düzəldiblər, gətirib, veriblər. Bir valideyn var. Tikir, gətirir, satır. İstəmişik ki, qızlarımız gözəl görünsünlər.

- Neçəyə satılır?

- Üç manata.

- Valideyn satırsa, siz qiyməti haradan bilirsiniz?

- Köhnə valideyn satır. Qəşəng görünsün deyə, mən də deyirəm ki, alın.

- Fondpulu da yığırsınız?

- Fondpulu yoxdur. Sadəcə, deyilir ki, dəftər üzü çıxarılır. Şagirdlər könüllü edirlər. Özüm demişəm ki, kimin imkanı yoxdur, cibimdən qoyaram. Bu sözü iclasda da demişəm. 

- Nə qədər əməkhaqqı alırsınız ki?

- Əgər 600-700 manat maaş alsam, inanın, uşaqların hamısını başdan ayağa geyindirərəm də, yeməklərini də verərəm. Uşaqları o dərəcədə sevirəm.

- Əməkhaqqınızı soruşdum...

- İndiki maaşım 400-ə yaxındır.

- Yemək olmasa da, bir dönər ala bilərsiniz də.

- Evdə ailə var axı. Yoldaşım xəstədir, təkcə mən işləyirəm. İmkanım olsa, hər şey edərəm. Belə insanam. Allah hamının ruzisini yetirsin, hamıya bilik, savad versin. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri