21 
Sen
2017
17:21
16
132
4107
Virtual karabakh

Səhiyyə Nazirliyi qəzaya düşən əməkdaşları ilə bağlı məlumat yaydı

21 Sen, 2017
17:21
4107

Səhiyyə Nazirliyi qəzaya düşən əməkdaşları ilə bağlı məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi Biləsuvarda tibb işçilərinin xəsarət aldığı qəza ilə bağlı məlumat açıqlayıb.

Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb: “Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.

Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, “nazirlikdə bu barədə məlumat yoxdur”, - deyə bildiriblər.

Qeyd edək ki, sentyabrın 19-da Biləsuvar rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından qayıdarkən, təcili yardım maşınında qəzaya uğrayıblar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri