21 
Sen
2017
17:26
268
103
17779
Virtual karabakh

ANS açılacaq? - MTRŞ-dən AÇIQLAMA

21 Sen, 2017
17:26
17779

ANS açılacaq? - MTRŞ-dən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov azvision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.

"Bu barədə Ali Məhkəmənin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq, Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" - T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir. 

Qeyd edək ki, Vahid Mustafayev müsahibəsində ANS-in yenidən açılacağını bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri