21 
Sen
2017
17:46
48
124
3300
Virtual karabakh

Azərbaycan Skautları Şəmkirdə toplandı - FOTO

21 Sen, 2017
17:46
3300

Azərbaycan Skautları Şəmkirdə toplandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Skautlar Assosiasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı, Şəmkir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “İlk Tibbi Yardım” təlim sessiyası təşkil edilib.

Oxu.Az xəbər verir ki, Şəmkirdə baş tutan təlimlərə 30 nəfərə yaxın iştirakçı qatılıb. Təlimin məhz Şəmkirdə keçirilməsinin əsas səbəbi Şəhər İcra Hakimiyyəti tərəfindən Çənlibel kəndində düşərgə və eyni zamanda, təlimlərin keçirilməsi üçün şəraitin yaradılması olub.

Təlimin məqsədi fövqəladə hallarda xüsusi olaraq cəbhəboyu ərazilərdə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicənin tətbiq üsullarını tədris etməkdir. Bundan əlavə, liderlərin və tədbirdə iştirak edən şəxslərin istənilən şəraitə tam hazırlıqlı olmaları gündəmdə olub. Eyni zamanda, qlobal səviyyədə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dünya Skaut Hərəkatı Təşkilatı arasında bağlanmış birgə saziş əsasında əməkdaşlıq edilir.

Təlimlər zamanı Bakı və cəbhəboyu regionlardan olan iştirakçılar ilk tibbi yardım haqqında məlumatlandırılıblar. Beynəlxalq Qızıl Xaç Komitəsinin təlimçiləri tərəfindən keçirilən təlimlərdə iştirakçılara fövqəladə hallarda, bir çox tibbi vəsaitin olmadığı vəziyyətlərdə ilk tibbi yardım haqqında xüsusi təlim keçirilib. İştirakçılar öyrəndikləri bilikləri təcrübələrlə təkmilləşdirmək imkanı qazanıblar.

ASA demokratik Azərbaycanda yeni nəsil gənclərin maarifləndirilməsində böyük rola malikdir. Bu gün təşkilatda Azərbaycanın 16 rayonundan 1750-dən çox üzv var. ASA, eyni zamanda, Azərbaycan Respublikasının (ARGTMŞ) Gənclər Təşkilatları Milli Şurasının üzvüdür. Azərbaycanda inkişaf etməkdə olan Skautinq üzərində aktiv işlər Bakıda və bölgələrdə artıma səbəb oldu.

25 il əvvəl qurulan ASA qısa müddət ərzində paytaxt Bakının mərkəzində baş ofisi qurmağı bacardı, təşkilat strukturunu, idarəetmə sistemini inkişaf etdirdi, bir sıra böyük layihələr, beynəlxalq kampları həyata keçirdi və hazırda daha çox üzv və tərəfdaş cəlb etdi. Assosiasiya bu günə qədər 200-dən çox tədbir və layihə həyata keçirib, üzvlərinə illik proqram və illik yay düşərgələrini təqdim edərək, regional və dünya səviyyəli Scout Jamborees və Moots, Jotas, Jotis, konfranslar, Gənclər Forumları, konqreslər, seminarlar, beynəlxalq mübadilə proqramları, cəmiyyət işləri, xeyriyyə layihələri, düşərgələr və s. həyata keçirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri