22 
Sen
2017
13:47
11
49
2240
Virtual karabakh

Azərbaycandakı sosial müəssisələrdən birində iki yeni ştat yaradıldı

22 Sen, 2017
13:47
2240

Azərbaycandakı sosial müəssisələrdən birində iki yeni ştat yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsində iki ştat yeri yaradılıb.

Bunlar hüquqşünas və psixoloq ştatlarıdır. Onların hər biri 330 manat maaş alacaq.

Qərar 2017-ci il sentyabrın 1-dən qüvvəyə minir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri