22 
Sen
2017
16:04
91
31
4397
Virtual karabakh

“Lider”dən müflis olma iddialarına - REAKSİYA

22 Sen, 2017
16:04
4397

“Lider”dən müflis olma iddialarına - REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Lider" televiziyası şirkətin müflis olmaq üzrə olduğu  və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, "Lider TV"-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadova BakuPost.az-a bildirib ki, xəbər həqiqəti əks etdirmir: "Lider TV" satışa çıxarılmayıb və  gələcək üçün də bu hal nəzərdə tutulmayıb. Telekanalın  hər hansı yeni avadanlığı alması və ya onu satması, hesab edirik ki, ictimaiyyət üçün maraq daşıyan xəbər deyil və "Lider TV" bununla bağlı hesabat verməyi düşünmür”. 

Kanalın rəsmi açıqlamasında işçilərin 4 ay müddətində maaş almaması xəbərinə də münasibət bildirilib: "İşçilərin maaşı ilə bağlı mediada çoxsaylı xəbərlər yazılır və biz artıq dəfələrlə bildirmişik ki, müəyyən maddi problemlər səbəbindən maaşlar hissə-hissə verilir. Mövcud vəziyyəti aradan qaldırmaq üçün yeni sezonda tam yeni formatda efir hazırlandı. Oktyabr ayı üçün isə efirdə yeni verilişlər görəcəksiniz və ölkədə təşkil olunan bir neçə mötəbər tədbirlə əməkdaşlıq edəcəyik”.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə "Lider TV"-nin işçilərinin 4 aydır ki, maaş almadığı və kanalın satışa çıxarılacağı barədə iddialar yayılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri