22 
Sen
2017
16:07
40
136
6680
Virtual karabakh

Bakıda vətəndaşları xilas edən polis komandiri xəstəxanaya düşdü

22 Sen, 2017
16:07
6680

Bakıda vətəndaşları xilas edən polis komandiri xəstəxanaya düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakıda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, sentyabrın 22-də, saat 10:00 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

Bina sakinlərinin təxliyyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o, tüstüdən zəhərlənərək, 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T. Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hal-hazırda xəstəxanada müalicəsi davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri