22 
Sen
2017
17:23
31
557
1929
Virtual karabakh

Deputat: Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib

22 Sen, 2017
17:23
1929

Deputat: Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan bu gün kifayət qədər valyuta ehtiyatlarına malikdir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansın sessiya iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib.

Dünyanın ən aparıcı şirkətlərinin Azərbaycanda “Əsrin müqaviləsi” sazişinin müddətinin 2050-ci ilədək uzadıldığını deyən Z.Səmədzadə qeyd edib ki, bu, Azərbaycana yeni gəlirlər gətirəcək.

Z.Səmədzadə qeyd edib ki, Azərbaycanın dövlət büdcəsinin xərcləri ÜDM-dən xeyli yüksəkdir.

Komitə sədri əlavə edib ki, bu gün dövlət büdcəsindən səhiyyə sahəsinə məqsədli proqramlar üzrə vəsaitlər ayrılır: “Bu gün dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin 45-47 faizi məqsədli proqramlar üzrədir”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri