22 
Sen
2017
23:17
41
93
6277
Virtual karabakh

İsti hava insanlarda narahatlıq yaradıb: Hava şəraiti nə vaxtdan sərinlənəcək? – VİDEO

22 Sen, 2017
23:17
6277

İsti hava insanlarda narahatlıq yaradıb: Hava şəraiti nə vaxtdan sərinlənəcək? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər havaların dəyişkən keçməsi insanların əhval-ruhiyyəsinə və səhhətinə, həmçinin istirahətinə təsirsiz ötüşmür.

Oxu.Az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, istilər və havadakı nəmişlik bir çoxlarını narahat edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan aldığımız məlumata görə, ilin bu fəsli üçün havaların belə keçməsi əslində normaldır. Artıq payız fəsli başlayıb və bununla əlaqədar Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacağı və yağış yağacağı gözlənilir.

Lakin paytaxt sakinlərinin təşvişə düşməsinin heç bir səbəbi yoxdur. Çünki bu proqnoz yalnız bölgələrə aiddir. Paytaxtda isə isti havalar hələ bir neçə gün davam edəcək.

Bölgələrdə isə küləkli-yağişli havalar sabahdan başlayaraq sentyabrın 26-dək davam edəcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri