23 
Sen
2017
11:21
256
47
9022
Virtual karabakh

Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaq

23 Sen, 2017
11:21
9022

Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin nəşi gələn həftənin sonuna Bakıda olacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında  Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin hazırda ABŞ-da olan professoru Şahnaz Şahbazova deyib.

O bildirib ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirlməsi ilə bağlı sənədləşmə işləri də artıq başa çatıb.

“Çatdırılma məsələsi gələn həftənin ikinci günü həyata keçiriləcək və bundan sonra morq mənə çatdırılmanın yerinə yetirilməsini təsdiq edən sənədi göndərəcək. Həmin sənəddə çatdırılmanın dəqiq vaxtı  və saatı qeyd olunacaq. Sənədləşməyə əsasən, Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsini morq xidməti həyata keçirəcək”.

Şahnaz Şahbazova qeyd edib ki, Lütfi Zadənin Bakıda dəfn olunmasının təşkili məsələlərinə rəhbərlik Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırılıb.

“Lütfi Zadənin nəşi Heydər məscidinə aparılacaq və orada cənazə namazı qılınacaq. Daha sonra onunla Milli Elmlər Akademiyasında vida mərasimi keçiriləcək və I Fəxri Xiyabanda dəfn olunacaq”.

Qeyd edək ki, sentyabr ayının 6-da dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib. O, ölməzdən öncə Azərbaycanda dəfn olunmağını vəsiyyət edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri