23 
Sen
2017
12:16
287
45
14561
Virtual karabakh

Şimşək çaxacaq, yağış yağacaq

23 Sen, 2017
12:16
14561

Şimşək çaxacaq, yağış yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə  18-22°, gündüz  27-31°, Bakıda gecə  19-21°, gündüz  29-31° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  15-20°, gündüz  27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri