23 
Sen
2017
14:53
32
213
5641
Virtual karabakh

DMX rəisi: Azərbaycanda miqrantlara həssas yanaşılır

23 Sen, 2017
14:53
5641

DMX rəisi: Azərbaycanda miqrantlara həssas yanaşılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyanın İnsan hüquqları və milli azlıqların hüquqları üzrə ofisində görüş keçirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qurumun rəsmiləri ilə keçirilən görüşdə tərəflər insan alverinə qarşı mübarizə üzrə milli istiqamətləndirmə mexanizmi, beynəlxalq himayədən istifadə edən şəxslərin inteqrasiyası üzrə tədbirlərə dair təcrübələrini bölüşüblər. Xidmət rəisi deyib ki, Azərbaycan Konstitusiyasında insan hüquqları və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi müəyyənləşib. Onun sözlərinə görə, əsas qanunda əksini tapmış insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqinin zəruriliyi nəzərə alınaraq, Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə qoşulub.

DMX rəisi qeyd edib ki, hazırda Azərbaycanda miqrantlara münasibətdə həssas yanaşılır və ölkə miqrasiya siyasətində  insan hüquq və azadlıqlarına hörmət prinsipinə, qanunçuluğa və beynəlxalq normalara əsaslanır.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə  fikir mübadiləsi aparılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri