23 
Sen
2017
23:02
28
268
4719
Virtual karabakh

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sen, 2017
23:02
4719

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda 45 yaşlı kişi  öz evini yandırıb.

Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Ərkivan qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini 1972-ci il təvəllüdlü Elşən Abdullah oğlu Abdullayev özünə məxsus yaşayış evinə od vurub. Dərhal hadisə yerinə Masallı yanğından mühafizə hissəsinin avtomaşınları və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evin 80 kv.m hissəsi yanğından mühafizə olunub.

Məlumata görə, ev sahibi E.Abdullayev  hadisəni ailə münaqişəsi zəminində qəsdən törədib. Onun ötən ay həbsdən azadlığa çıxdığı bildirilir.  

Fakt araşdırılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri