24 
Sen
2017
15:08
55
1134
22693
Virtual karabakh

Erməni deputatlar Bakını gəzdilər – FOTO

24 Sen, 2017
15:08
22693

Erməni deputatlar Bakını gəzdilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda səfərdə olan erməni deputatlar Bakıda gəzintiyə çıxıblar.

Oxu.Az-ın AzVision.az-a istinadən verdiyi məlumata görə, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan şəhərin mərkəzi küçələrini gəzib, Qız qalasında olublar.

Nümayəndə heyəti paytaxtda yerləşən erməni kilsəsində də baş çəkib. Daha sonra restoranların birində nahar ediblər.

Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəliblər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri