19 
Apr
2014
09:24
14
5
1862
Virtual karabakh

NİİM qanunsuz parkinqlərlə mübarizə aparacaq – VİDEO

19 Apr, 2014
09:24
1862

NİİM qanunsuz parkinqlərlə mübarizə aparacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəz müvəqqəti olaraq vəziyyətdən çıxış yolu tapıb.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin saxlanılmasına qadağa qoyub.

Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin şəhərdə həyata keçirməyə hazırlaşdığı işi icra etmək o qədər də asan olmaya bilər. Söhbət qanunsuz parklamanın ləğv edilərək, yerüstü parkinqlərin yaradılmasından gedir.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, bu işdə Şəhər İcra Hakimiyyətinə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də kömək edəcək.

Dövlət başçısının Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsinə etdiyi iraddan sonra Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin saxlanılmasına qadağa qoyub.

Şəhər İcra başçısı isə bu məsələnin həllində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən yardım istəyib. Mərkəz isə öz növbəsində avtomobil yollarını daim nəzarətdə saxlayan parklamaya nəzarət edən kameraların köməyilə qanunsuz parkinqləri aşkarlamağa kömək edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızının sözlərinə görə, ən çox qanunsuz parkinqlər olan küçələr - Üzeyir Hacıbəyov, Bülbül və Zərifə Əliyeva küçələridir.

İcra Hakimiyyətinin yol kənarlarında avtomobil saxlanılmasına qoyduğu qadağanı icra etmək isə o qədər də asan olmayacaq. Çünki hələ ki yerüstü qanuni parkinqlər yoxdur. Buna görə də mərkəz müvəqqəti olaraq vəziyyətdən çıxış yolu tapıb. İki il müddətində 185 nöqtədə araşdırma apararaq konkret nəticə əldə edib.

Paytaxtda müasir intellektual parkinqlər yaradılana qədər Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küçə parklanması üçün 288 müvəqqəti duracaq yeri təklif edir.

Elə prezident də keçirdiyi müşavirədə parkinq probleminin mərhələli şəkildə həll edilməli olduğunu vurğulamışdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri