Okt
2017
22:47
231
53
10025
Virtual karabakh

"Lider" televiziyasının rəhbərliyi dəyişilir? – YENİLƏNİB

7 Okt, 2017
22:47
10025

"Lider" televiziyasının rəhbərliyi dəyişilir? – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Lider TV-nin rəhbərliyinin dəyişməsi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bunu "Lider" TV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyatova deyib.

O, qeyd edib ki,  Ədalət Əliyev dünən də, bu gün də işinin başında olub. 

13:23

Xəbər verdiyimiz kimi, “ARB Kəpəz” Müstəqil Teleradio Şirkətinin rəhbəri Fuad Cabbarov vəzifəsindən azad olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, “Lider TV”-yə vitse-prezident təyin olunur.

Mənbə bildirir ki, onun “ATV”-yə vitse-prezident təyin olunması da istisna olunmur. Həmçinin tanınmış aparıcı Lamiyə Ələkbərova da “ATV”-də vitse-prezident təyin olunur.

Xatırladaq ki, “Lider TV”-nin prezidenti Ədalət Əliyev də vəzifəsindən gedir. Bu posta “Antenn” Teleradio Şirkətinin prezidenti Rüstəm Əliyev təyin edilir.

 Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri