22 
Apr
2014
09:40
65
21
14777
Virtual karabakh

Bakıda “McDonalds” restoranını məhkəməyə verdilər – VİDEO

22 Apr, 2014
09:40
14777

Bakıda “McDonalds” restoranını məhkəməyə verdilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məmmədovun salatından ilbiz çıxıb.

Bakıda “McDonalds” restoranlar şəbəkəsinə qarşı 50 min manatlıq məhkəmə iddiası qaldırılıb.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Rolan Məmmədovun vəkili Anar Qasımlının bildirdiyinə görə, aprelin 28-də Nəsimi Rayon Məhkəməsində zərərçəkmişin “McDonalds” restoranlar şəbəkəsinə qarşı 50 min AZN dəyərində iddiasına baxılacaq.

Onun sözlərinə görə, məhkəmənin yubanmasına səbəb Nəsimi Rayon Məhkəməsilə aralarında yaranan anlaşılmazlıq olub:

“Qanunda belə bir müddəa var ki, istehlakçıların hüquqlarının müdafiəsilə əlaqədar işlərə şəxsin yaşadığı yer üzrə baxıla bilər. Amma Nəsimi Rayon Məhkəməsindən bizə bildirdilər ki, bunu cavabdeh tərəfin qeydiyyatda olduğu ünvana - Nərimanov Rayon Məhkəməsinə verin. Biz də şikayətimizi ora verdik və şikayətimizi qəbul etdilər”.

Xatırladaq ki, paytaxt sakini Rolan Məmmədov martın 3-də Nizami küçəsində daimi müştərisi olduğu “McDonalds”dan sifariş etdiyi “sezar” salatının içindən ilbiz çıxdığını iddia etmişdi. Qeyd edək ki, bu barədə xəbərlər artıq sosial şəbəkələrdə də geniş yayılıb.

Hadisə Nizami küçəsi, 34 ünvanında yerləşən “McDonalds” restoranında qeydə alınıb. Restoranın meneceri belə bir hadisə ilə üzləşdiklərini təsdiqlədi və bildirdi ki, o hadisə haqqında məlumat verə bilməz

Onu da deyək ki, zərərçəkmiş Rolan Məmmədov restoranın daimi müştərisi olub və sonuncu dəfə də o bir “sezar” salatı sifariş edib. Salatı yemək istəyərkən içində ilbiz görərək inzibatçıya şikayət edib. Ancaq restoranın inzibatçısı bu hadisəni məsuliyyətsiz qarşılayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri