11 
Okt
2017
11:28
30
376
27715
Virtual karabakh

Azərbaycanda sevgi dramı – YENİLƏNİB

11 Okt, 2017
11:28
27715

Azərbaycanda sevgi dramı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusar rayonunda baş vermiş dəhşətli intiharın təfərrüatı məlum olub. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 2000-ci ildə Gədəzeyxur kəndində anadan olan və ailəsi ilə birgə Qusar şəhəri yeni yaşayış massivində yaşayan Nuranə Atluxanova sevdiyi şəxsə görə həyatına son qoyub.

Araşdırmalar zamanı məlum olub ki, N.Atluxanovanın ailəsi onun sevdiyi şəxslə ailə qurmasına razı olmayıb. Əvəzində Nuranənin başqa şəxslə evlənməsini istəyiblər. Orta məktəbi bu il bitirən 17 yaşlı qız isə bununla razılaşmayıb.

Dünən ailədə bu məsələ yenidən münaqişəyə səbəb olub və gənc qız evdən qaçıb. Ailə üzvləri dərhal polisə xəbər veriblər, həmçinin özləri axtarışa başlayıblar. Çox keçmədən 17 yaşlı Nuranənin özünü yaşadığı evdən bir qədər aralıda yerləşən 8-10 metr hündürlüyə malik qayadan atdığı məlum olub. Ailə üzvləri Nuranəni axtararkən qayanın ətrafına polislərin yığıldığını görüblər və yaxınlaşdıqda dəhşətli mənzərə ilə qarşılaşıblar.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, N.Atluxanovanın 17 yaşı bu ilin 29 iyulunda tamam olubmuş. 

***

08:45

Qusarda intihar faktı qeydə alınıb.

Oxu.Az-ın APA-nın şimal bürosuna istinadla verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Atluxanova  Nuranə  Mahir qızı özünü qayadan atıb.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri