11 
Okt
2017
10:16
7
238
11929
Virtual karabakh

Bakıda ailə faciəsi: Ana qızının evindən özünü atdı

11 Okt, 2017
10:16
11929

Bakıda ailə faciəsi: Ana qızının evindən özünü atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Lənkəran rayonunda anadan olmuş 1965-ci il təvəllüdlü Babayeva Sidiqə Əzim qızı özünü Xətai rayonu, Əhmədli qəsəbəsi, Telnov küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, həmin evdə S.Babayevanın qızı yaşayır. 52 yaşlı qadın müvəqqəti olaraq qızının yanında yaşayırmış. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri