11 
Okt
2017
15:03
15
241
5261
Virtual karabakh

Bakıda “Cücələrim”in bəstəkarının barelyefi oğurlandı – YENİLƏNİB

11 Okt, 2017
15:03
5261

Bakıda “Cücələrim”in bəstəkarının barelyefi oğurlandı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) ayrı-ayrı strukturlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, dəstə üzvü olan Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib.

***

11:58

Bakıda daha bir məşhur şəxsin barelyefi yoxa çıxıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda Azərbaycanın incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin barelyefi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Qed edək ki, Q.Hüseynli məşhur “Cücələrim”, “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və b. əsərlərin müəllifidir.

Xatırladaq ki, son günlərdə Bakıda bir neçə məşhur şəxsin barelyefi oğurlanıb. Ötən həftə DİN-in yaydığı məlumata görə, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib. Nəticədə üç nəfər saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar. Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyən edilərək, məsuliyyətə cəlb edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri