11 
Okt
2017
19:10
149
41
2346
Virtual karabakh

"CinemaPlus" kinoteatrında "SOS Gəncə" uşaqları üçün cizgi filmi nümayiş olunub – VİDEO + FOTO

11 Okt, 2017
19:10
2346

"CinemaPlus" kinoteatrında "SOS Gəncə" uşaqları üçün cizgi filmi nümayiş olunub – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində yerləşən premium kinoteatr “CinemaPlus Xəmsə”də “Cinemazadeh” studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş müxtəlif diaqnozlu uşaqlar və “SOS Gəncə” tamaşaçıları üçün “Spark. Bəşəri Qəhrəman” 3D cizgi filmi nümayiş olunub. 

Oxu.Az-ın xəbərinə görə, uşaqlar cizgi filmini çox maraqla izləyiblər. Həmçinin uşaqlara kinoteatr tərəfindən popcorn və şarlar hədiyyə verilib.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktor Cəfər Axundzadədir.

Animasiya filmini əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli və Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndiriblər.
Ailəvi komediya cizgi filminin rejissoru Aaron Vudlidir.

Cizgi film haqqında qısa məlumat: Qüdrətli şər qüvvələr gözəl planeti zəbt ediblər və kainatı əsarət altına alıblar. Lakin heç nə Spark və onun dostlarını təslim olmağa məcbur edə bilməz.

Əgər səndə cəsur və xeyirxah ürək, qalib gəlməyə əyilməz əzm və sadiq komanda varsa istənilən vəzifənin öhdəsindən gələ bilərsən. Kainatın xilası üçün ulduz tapşırığı başlayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri