12 
Okt
2017
09:39
11
143
3135
Virtual karabakh

Bakıda avtobusdan düşən qadını avtomobil vurdu

12 Okt, 2017
09:39
3135

Bakıda avtobusdan düşən qadını avtomobil vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtobusdan enərək, yolu keçmək istəyən qadını avtomobil vurub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində, Seymur Bünyadov küçəsində avtobusdan düşərək, yolu keçmək istəyən 1974-ci il təvəllüdlü Rzayeva Natiqə Naib qızını avtomobil vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri