12 
Okt
2017
11:07
8
119
2389
Virtual karabakh

Çingiz Qənizadə Hacı Qalibi bağışladı

12 Okt, 2017
11:07
2389

Çingiz Qənizadə Hacı Qalibi bağışladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Çingiz Qənizadə sabiq deputat Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

Oxu.Az xəbər verir ki, millət vəkili Çingiz Qənizadə AzVision.az-a açıqlamasında bildirib ki, məhkəməyə müraciət etdikdən sonra qarşı tərəf mətbuatda onun barəsində işlətdiyi sözlərdən imtina edib və buna görə də şikayətini geri götürmək barədə qərar verib.

Qeyd edək ki, Ç.Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət etmişdi.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri