12 
Okt
2017
14:08
80
252
5109
Virtual karabakh

Şort geyinənlərə münasibətiniz – SORĞU

12 Okt, 2017
14:08
5109

Şort geyinənlərə münasibətiniz – SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ACT Azərbaycan” bu həftədən etibarən jurnalistlərin təklifləri əsasında tərtib olunmuş mövzulardan ibarət “Newsletter” layihəsini təqdim etməyə başlayır.

Oxu.Az-ın məlumatına görə, jurnalistləri maraqlandıran ilk suallardan biri də Bakı sakinlərinin şort geyinənlərə münasibətidir. Çünki şəhərdə qısa şortla gəzən əcnəbilərlə yanaşı, yerli sakinlərin də sayı ilbəil artır. Bu tip geyim tərzinə neytral yanaşanlarla bərabər, şort geyinənləri milli-mənəvi dəyərlərə hörmətsiz yanaşmaqda ittiham edənlər də az deyil. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə şort geyinən kişilərin ayaqlarına turşu atmağı belə məsləhət görüb. Sadə məsələnin qəliz həlli yolunu tapmaq üçün paytaxt sakinlərinin məsələyə münasibətini öyrəndik.

Rəyi öyrənilmiş paytaxt sakinlərinin, demək olar ki, yarısı (45 %) şort geyinənlərə pis münasibət bəsləyir. Respondentlərin təqribən beşdə biri isə (17 %) bu tərz geyinənlərə müsbət baxdığını bildirir. 37 % şort istifadəçilərinə neytral yanaşdığını bildirir.

Şort geyinənlərə müsbət baxmayanlar, əsasən, ahıl nəslin nümayəndələridir (55 və daha yuxarı yaş qrupu – 71 %). 18-24 yaş aralığında olan gənclərin beşdə biri isə bu tip geyinənlərə müsbət yanaşır (20 %).

Qadınların geyim tərzi Şərq və müsəlman dünyasında hər zaman müzakirə və mühakimə mövzusu olduğu üçün şortlar də bu mənada “diqqətdən kənar” qalmır. Belə ki, qadınların şort geyinməsinə gəldikdə, məsələ dəyişməz olaraq qalır – 47 % respondent “şort” geyinən zərif cinsin nümayəndələrini bəyənmədiyini bildirir. Bu məsələyə neytral yanaşanlar nisbətən azdır (35 %). 17 % respondent isə qadınların şort geyinməsinə müsbət baxdığını bildirir.

Güclü cinsin nümayəndələrinin şort geyinməsinə pis baxanlar respondentlərin yarıdan çoxunu əhatə edib (56 %). Kişilərin şort geyinməsini respondentlərin hər on nəfərindən biri bəyənir (12 %). Bu məsələyə neytral yanaşanlar nisbətən çoxdur (32 %).

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri