13 
Okt
2017
10:59
21
344
15036
Virtual karabakh

Salyanda gənc sevdiyi qıza görə intihar etdi – YENİLƏNİB

13 Okt, 2017
10:59
15036

Salyanda gənc sevdiyi qıza görə intihar etdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gün öncə Salyan rayonunun Xıdırlı kəndində baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.

Oxu.Az Ölkə.az-a istinadla xəbər verir ki, özünü asaraq, intihar edən 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu atasına etiraz əlaməti olaraq bu yola əl atıb.

Belə ki, imkanlı ailənin övladı olan Əsədov kasıb ailədən olan qızla evlənmək istəyirmiş. Ancaq atası bu izdivacın baş tutmasının mümkün olmadığını  deyib, bundan sonra ata-bala arasında mübahisə yaranıb. Mübahisədən bir müddət sonra Emin Əsədov həyətlərindəki tövlədə özünü asaraq, intihar edib.

Qeyd edək ki, faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

***

12.10.2017 14:54

Salyan rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, özünü asaraq, intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış.

O, atasına məxsus olan karyerdə ona kömək edirmiş.

Bildirilir ki, hadisədən əvvəl 21 yaşlı Eminlə atası arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. O, atasına mesaj olaraq  "Ata, mən getdim" sözlərini yazıb. Bundan sonra yaşadığı evdə özünü asan gəncin meyitini anası aşkarlayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri