16 
Okt
2017
12:43
151
7
2169
Virtual karabakh

Meteohəssas insanlara şad xəbər: Geomaqnit qasırğası bitir

16 Okt, 2017
12:43
2169

Meteohəssas insanlara şad xəbər: Geomaqnit qasırğası bitir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Təqribən 5 gündür, başlayan geomaqnit qasırğası aramsız davam edir və vaxtaşırı G1, G2 kateqoriyalı səviyyələrə keçir".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, qasırğaya səbəb Günəşdəki tac dəliklərindən başlanğıcını götürən yüksək surətli günəş plazma küləyidir.

E. Babayev qeyd edib ki, Günəşin səthində heç bir günəş ləkəsi müşahidə olunmur: "Adətən, bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa, kosmik hava korlanırdı. Günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir. Bu külək 5 gündür, yerətrafı fəzaya çatıb və yer həmin küləyin ağuşundadır. Bu da geomaqnit qasırğasına səbəb olur".

Direktor müavini əlavə edib ki, kosmik hava korlanmış meteoşəraitlə tandem təşkil edirsə, diskomfort vəziyyət artır. Bu halda həkimlər hansısa qabaqlayıcı məsləhətlər verir: “Belə hava ilk növbədə risk qrupuna daxil olanlara təsir edir. Ürək-qan damar sistemi, xroniki xəstəliklərə məruz qalan insanlar, qismən də ahıl insanlar və azyaşlılar daha çox diskomforta məruz qalırlar. Belə hallar, adətən, impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. Heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Çünki Yerdə insanlar müxtəlif zamanlarda baş verən geomaqnit qasırğalarına məruz qalır. Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək".

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri