16 
Okt
2017
14:23
13
94
3008
Virtual karabakh

AMEA-da qalmaqal: Bir institut digərini ittiham edir – YENİLƏNİB

16 Okt, 2017
14:23
3008

AMEA-da qalmaqal: Bir institut digərini ittiham edir – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AMEA-nın Coğrafiya İnstitutu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin ittihamına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, institutun direktoru Ramiz Məmmədov Report-a açıqlamasında bildirib ki, Coğrafiya İnstitutu geomaqnit qasırğaları ilə bağlı məlumat vermir: "Elçin Babayev doğru deyir, o, bizim işimiz deyil".

Direktorun sözlərinə görə, institutun əməkdaşları elə məlumat verə bilməz: "Moskvadan bir neçə gündür ki, geomaqnit qasırğasının olacağı ilə bağlı məlumat gəlib. Ola bilsin ki, kimsə açıqlamasında ona istinad edib, amma jurnalistlər tam yazmayıb, dəyişdirib. Mənim əməkdaşlarım elə bir açıqlama verə bilməz, ancaq istinad edə bilərlər. İstinadla danışmaq isə, təbii ki, olar".

Qeyd edək ki, bu gün AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev jurnalistlərə açıqlamasında Coğrafiya İnstitutu barəsində tənqidi fikirlər səsləndirib. O deyib ki, Coğrafiya İnstitutunun geomaqnit qasırğaları ilə bağlı məlumat verməsi tamamilə yersizdir".

Onun sözlərinə görə, kosmik hava ilə bağlı məsələ sırf astro-fiziki proseslərdir: "Ümumiyyətlə, üç gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır".

***

12:58

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun geomaqnit qasırğaları ilə bağlı məlumat verməsi tamamilə yersizdir".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, kosmik hava ilə bağlı məsələ sırf astro-fiziki proseslərdir: "Ümumiyyətlə, üç gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır".

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri