16 
Okt
2017
14:09
28
96
3446
Virtual karabakh

Qaz, su və elektrik enerjisini külli miqdarda talayanlara qarşı cinayət işi

16 Okt, 2017
14:09
3446

Qaz, su və elektrik enerjisini külli miqdarda talayanlara qarşı cinayət işi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talanmasına görə, yeni və daha uzunmüddətli həbs cəzası tətbiq olunur.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidentinin təklifi ilə bununla bağlı Cinayət Məcəlləsinin 189-1 (Təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə bənd əlavə edilir.

Yeni bəndə görə, təbii qazın, suyun, elektrik və istilik enerjisini xüsusilə külli miqdarda talamaya görə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Hazırda bu maddədə yalnız külli miqdarda talama sanksiyasında ən yüksək cəza 4 ilə qədər azadlıqdan məhrumetmədir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri