16 
Okt
2017
14:12
24
169
11818
Virtual karabakh

SOCAR-ın baş ofisində faciə – YENİLƏNİB

16 Okt, 2017
14:12
11818

SOCAR-ın baş ofisində faciə – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda 26 yaşlı oğlan faciəvi şəkildə dünyasını dəyişib. 

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun meyitini şaxtadan çıxararaq, aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, dəhşətli hadisə Heydər Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR-ın baş ofisində baş verib. Yuxarı mərtəbələrdən birində təmir işi ilə məşğul olan usta ehtiyatsızlıqdan liftin şaxtasına yıxılıb və hadisə yerində ölüb. 

Hadisə nəticəsində ölən şəxs Bakıda müxtəlif tikililərdə liftlərin texniki təminatı ilə məşğul olan “Verti” MMC lift şirkətinin əməkdaşı olub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

14:12

Bakıda bədbəxt hadisə baş verib.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri